Bakı şəhərinin Sabunçu və Suraxanı rayonları ərazisində yerləşən istismar müddəti bitmiş qəzalı binalar söküləcək. Ölkə.az-ın əldə etdiyi məlumata görə, söküntü işləri Babək küçəsi, ev 23 ünvanında, Frunze küçəsi, ev 16 ünvanında , 6-cı Mədən küçəsi, ev 38 ünvanında, Məmmədəliyev küçəsi, ev 32 ünvanında və Xanlar Ələkbərov küçəsi, ev 87 ünvanında yerləşən istismar müddəti bitmiş qəzalı binaları əhatə edəcək.
Bakının 2 rayonunda söküntü işləri başlayır - ÜNVANLAR
Məlumata görə, Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin tabeliyindəki Ərazi Tikinti-Planlaşdırma Mərkəzi söküntü işlərinin təşkilinin layihə-smeta sənədlərinin hazırlanması ilə bağlı hazırlıqlara başlayıb.
Dövlət qurumu sözügedən xidmətin alınması üçün 64.298,41 manat pul ayırıb.