Fövqəladə Hallar Nazirliyinin qüvvələri tərəfindən intensiv yağışlarla əlaqədar yaranmış fəsadların aradan qaldırılması istiqamətində tədbirlər davam etdirilir.
FHN-in Mətbuat xidmətindən verilən məlumata görə, görülən tədbirlər nəticəsində bir sıra ərazilərdə suçəkmə və vətəndaşların təxliyə işləri yekunlaşıb, habelə sel sularındakı avtomobillərin sudan çıxarılması təmin edilib.