Xəbər verdiyimiz kimi, ötən gün Şabrançay çayının Şabran rayonu, Xəlfələr kəndindən keçən hissəsində daşması nəticəsində 2 nəfər həlak olub. Pravda.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, dünyasını dəyişən şəxslərdən 59 yaşlı Nurməmməd Qəhrəman oğlu Məmmədov Şirvan şəhər Bayramlı qəsəbə sakinidir. O, Milli Məclisin 6-cı çağırış deputatı İltizam Yusifovun bacısı oğludur.
Mərhum bu gün dəfn edilib.