Şabranda sel nəticəsində həlak olanların sayı 3-ə çatıb.
Siyəzən Neft və Qazçıxarma İdarəsinin əməkdaşı, Siyəzən rayon sakini, 63 yaşlı Füzuli Mövlud oğlu Paşayevin də meyiti tapılıb.
Onun meyiti Şabran rayonu Dağbilici kəndi yaxınlığında, çay kənarında aşkarlanıb. Mərhumun seldə boğulduğu bildirilir.