BURADA REKLAMINIZ OLA
BİLƏR

Bakı metrosunda problem yarandı - Sərnişinlər qatardan düşürüldü

Aprelin 18-də səhər saatlarında Bakı metrosunda problem yaranıb.

 

Pravda.az Teleqraf-a istinadən xəbər verir ki, metronun "Əhmədli" stansiyasından "İçərişəhər"ə gedən qatarın qapıları bağlanmayıb.

 

Stansiyaya "Bakı Metropoliten"inin əlavə əməkdaşları cəlb edilib. Lakin qapıları bağlamaq və qatarı yola salmaq mümkün olmayıb. Qapıların tez-tez açılıb-bağlanması sərnişinlər arasında təşvişə səbəb olub.

 

Sonra metropoliten işçiləri vaqonları boşaldıblar və qatar depoya gedib.

 

Sərnişinlər isə başqa qatarla yola salınıblar.

Tarix: 18 Aprel 2025, 10:59   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin