Azərbaycanda təmassız ödəniş texnologiyalarından (NFC) istifadə edən bank kartları ilə bağlı yeni dələduzluq növləri qeydə alınıb.
Bununla bağlı kibertəhlükəsizlik mütəxəssisləri xəbərdarlıq ediblər. Məlumata görə, “Apple Pay” və “Google Wallet” xidmətlərinin istifadəçiləri bu hücumlara qarşı xüsusilə həssasdırlar, çünki onların kartları saxta hesablara bağlanılır.
Qeyd edilib ki, ssenari sadə, lakin effektivdir. Belə ki, cinayətkarlar saxta çatdırılma xidmətləri, bazarlar və ya dövlət xidmətləri vasitəsilə qurbanları aldadaraq onlardan bank kartı məlumatlarını əldə edir, sonra onları dərhal öz smartfonlarına bağlayır və kart sahibində şübhə yaratmadan mağazalarda alış-veriş etmək üçün istifadə edirlər.
Bununla yanaşı, NFC siqnalını bir smartfondan digərinə ötürən “Ghost Tap” (Kabus toxunuşu) sxemini ayrıca qeyd etmək lazımdır. Beləliklə, fırıldaqçı fiziki olaraq bir ölkədə olsa belə, alış-verişi tamamilə fərqli bir ölkədə həyata keçirir.
Ekspertlər vətəndaşların vəsaitlərini qorumaq üçün bir neçə məqama xüsusi diqqət yetirməli olduqlarını vurğulayıblar:
Onlayn ödənişlər üçün virtual kartlardan istifadə edilməli, onların balansını yalnız lazım olduqda artırılmalıdır.