"Azərbaycan Dəmir Yolları" (ADY) Qapalı Səhmdar Cəmiyyəti İsveçrənin son texnologiyaları əsasında istehsal olunmuş, ikimərtəbəli sərnişin daşınması üçün nəzərdə tutulmuş elektrik qatarına ziyan vuran iribuynuzlu heyvanın sahibini cərimə etdirib.
Pravda.az "Qaynarinfo"ya istinadla xəbər verir ki, bir müddət əvvəl Ağstafa-Bakı marşrutu ilə hərəkət edən ADY-yə məxsus DŞİ-001 nömrəli, 731 saylı sürətli sərnişin qatarı Zazalı-Dəliməmmədli mənzilinin 349-cu km-də hərəkətdə olarkən qarşısına iribuynuzlu heyvan çıxıb. Maşinist təcili tormozlama etsə də, qatarı tam olaraq dayandıra bilməyib və inəyi vurub.