Bu həftənin ortalarında baş verən güclü yağışlardan sonra təkcə Bakıda deyil, ölkənin əksər ərazilərində sel, daşqın və yolların su basması halları qeydə alınıb.
Bu olaylardan biri də Bakı-Quba yolunun su altında qalmasıdır.

Söhbət Bakı-Quba yolundan, yəni əksəriyyətin pullu yol kimi tanıdığı avtobandan gedir. Bu barədə sosial şəbəkələrdə və mediada çeşidli məlumat və görüntülər yayınlanıb. Onlardan məlum olan budur ki, yolun düzgün inşa edilməməsi səbəbindən yağış sularını axıtmaq, yoldan kənarlaşdırmaq mümkün olmayıb. Tribunainfo.az bununla əlaqədar maraqlı bilgilər əldə edib. Birmənalı olaraq bəlli olan odur ki, ölkə üzrə yolların asfaltlanması və inşası işləri Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi olub. Lakin Agentlikdə bu yolların layihələndirilməsini, inşasını və nəzarətini həyata keçirməklə yanaşı, maliyyə ayrılması işini konkret bir nəfər həyata keçirir. Təbii ki, söhbət Agentliyin rəhbəri Saleh Məmmədovdan getmir. O quruma başçılıq edir, sənədləri imzalayır, vəssəlam.

Elə Tribunainfo.az-ın əldə etdiyi məlumatlar da belə deməyə əsas verir ki, bu işlərin başında Dövlət Avtomobil Yolları Agentliyinin baş mühəndisi Dilqəm Qəniyev dayanır. Bəlli olan odur ki, bu günlərdə su altında qalan Bakı-Quba pullu yolunun layihə müəllifi də elə Qəniyev olub.
Agentlikdə baş mühənsid olsa da, bütün işləri həyata keçirən, hətta maliyyə ayrılmasına belə qərar verən şəxsion də məhz sözügedən şəxs olduğu deyilir.
Etibarlı mənbələr qeyd edir ki, gündə 20 dəfə Agentliyin rəhbəri Saleh Məmmədovun yanında olur. Özünün müəyyən etdiyi dairəyə pul ayrılması, hansı yolun kimin çəkməsi kimi qərarları razılaşdırmaq və ya sənədləri imzalatmaq üçün gündəlik Məmmədova baş çəkən bu şəxs, bütün bunları yəqin ki, qarşılıqsız etmir.
Qaynaqlar qeyd edirlər ki, Dilqəm Qəniyev kimə, hansı idarəyə və ya şirkətə pul ayrılması məsələsinə təkbaşına qərar verir. Onun razılığı olmadan heç kim, bir metr asfalt belə döşəyə bilməz. O, yalnız Saleh Məmmədovun etibarından istifadə edərək, bu işləri görür. Üstəlik, Məmmədovun bu işlərdən xəbəri olmadığı da deyilir.
Mənbə iddia edir ki, Dilqəm Qəniyev nəinki yolların çəkilməsinə qərar verir, həm də bütün Yol İdarə rəhbərlərini də nəzarətində saxlayır. Onlara hansı layihələrin verilməsi lazım gəldiyinə qərar verir.
Bundan başqa, o, inşa edilmiş. Yollara baxış keçirərək, asfaltın qalınlığından tutmuş tərkibinə qədər hər şeyi yoxlayan şəxsdir. Yəni, sözünə qulaq asmayan adamın görüyü işin üstündən birddəfəlik xətt çəkərək, başına oyun berlə aça bilər.
