Bakıda toyda kütləvi zəhərlənmə baş verib. Pravda.az "Teleqraf"a istinadla xəbər verir ki, hadisə aprelin 18-də, axşam saatlarında paytaxtın Xətai rayonu, general Mehmandarov küçəsində yerləşən "Venesiya" şadlıq sarayında qeydə alınıb.
Mərasim zamanı zəhərlənən 21 nəfər Kliniki Tibbi Mərkəzə yerləşdirilib. Onların bəzilərinin vəziyyətinin ağır olduğu bildirilir.