"Artıq shər şeyi unutmuşam. Həyatımın ən xoşbəxt günlərini yaşayıram. Öz fəaliyyətimə davam edirəm. Bu gün də toydayam, sabah da. 50 ildə bir dəfə başıma hadisə gəldi. Bu da Allahın bir imtahanı idi". Pravda.az kult.az-a istinadla xəbər verir ki, bunu Xalq artisti Ağadadaş Ağayev deyib.
O, "Medera Hospital"da baş verən insidentlə bağlı məhkəmə hökmündən sonrakı fəaliyyəti barədə bildirib:
"Bu günlərdə bir neçə əsər yazıb, hazırlamışam və onları xalqıma təqdim edəcəyəm. Ordumuzun bütün zabitlərini tərənnüm edən bir mahnı hazırlamışam - "Mənim zabitim". Sözləri Zahir Abbasa, musiqisi isə mənə məxsusdur. Yaxın zamanda bu əsəri ifa edəcəyəm".