Xaçmaz rayonunun Niyazabad kəndində 15 yaşlı yeniyetmənin bataqlıqda boğularaq ölməsinin təfərrüatı məlum olub.
Niyazabad kənd tam orta məktəbinin IX sinif şagirdi Elçin Elman oğlu Bağırov məktəbdən buraxılış vərəqəsini alaraq bazar günü keçiriləcək imtahana hazırlaşırmış. O, evə qayıtdıqdan sonra mal-qaranı gətirmək üçün kənd ərazisindəki bataqlıq sahəyə yollanıb. Lakin o, bir daha geri dönməyib.