Şərurlu İsfəndiyar ləqəbli tikinti maqnatı İsfəndiyar Axundovun oğlundan xəbər var."Unikal"ın əldə etdiyi məlumata görə, tikinti maqnatının oğlu Şahin Axund ov həbs edilib.
Şahin Axundov əvvəllər də həbs həyatı yaşayıb. Şahin Axundovun adı 20 il öncə böyük bir qalmaqalın mərkəzi fiquru olaraq gündəmə gəlmişdi.
O zaman Şahin Axundov Türkiyə səfirliyinin önündə Anar İsmayılovun avtomobilini gülləbarana tutmuşdu. Həmin vaxt Prezident İlham Əliyevin məsələyə qarışması ilə Şahin Axundov həbs olundu, 5 il cəza çəkdikdən sonra azadlığa çıxdı. Lakin Şahin Axundovun cəzasını elə azadlıqda çəkdiyinə dair informasiyalar da var idi. Yəni kimlərsə “Şərurlu İsfəndiyar”ın xahişlərini yerə salmamışdı. Musavat.com-a daxil olan son məlumatda deyilir ki, baş verən qalmaqaldan sonra İsfəndiyar Axundov oğlu Şahin Axundovu Türkiyəyə göndərib, uzun illər orada yaşayıb.
Lakin orada da tikinti maqnatının oğlu dinc dayanmayıb, adı ən müxtəlif qalmaqallara qarışıb.
Hətta onun bu yaxınlarda Bakıya gəlməsi, psixoloji durumunda gərginlik yaranması, onu xəstəxanalardan birinə yerləşdirilməsi xəbəri də vardı. Bildirilirdi ki, Şahin Axundov ciddi nəzarət altında müalicə olunur.
İsfəndiyar Axundovun oğlunu Türkiyə göndərməsi xəbəri Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən məhkəmə proseslərindən birində də səsləndirilmişdi. 2021-ci ildə mühakimə olunan “Zaminbank”ın keçmiş sədri Nadir İsmayılov İsfəndiyar Axundovla bağlı ifadə verərkən bu haqda danışmışdı.
Nadir İsmayılov məhkəmədə İsfəndiyar Axundovu aldatması barədə ikincinin iddialarına münasibət bildirərkən bu mövzuya da toxunmuşdu:
“Mən onu aldatmamışam. İsfəndiyar Axundov düzgün danışmır. Onlar birinci dəfə 5 milyon götürdülər. İkinci dəfə də qalan 5 milyona iki “Lamborghini”, iki “Ferrari” aldılar. 300 min də qudası Məhərrəmə verdi. Birinci xanımından olan oğlu üçün Türkiyəyə pul göndərdi. Danışır, amma hamısını demir”.
Musavat.com-un əməkdaşı məsələ ilə bağlı İsfəndiyar Axundovla əlaqə saxlayıb. İsfəndiyar Axundov oğlu ilə bağlı sualı dinlədikdən sonra “oğlum xaricdə deyil, xəstə də deyil, kim nə istəyir yazır” deyib.
Xatırladaq ki, Şərurlu İsfəndiyarın adı övladları ilə bağlı dəfələrlə mətbuatın gündəminə gəlib. Tikinti maqnatının digər oğlu Allahverdi Axundov 650 min manata “Lamborghini” alması ilə gündəmə gəlmişdi. O zaman Şərurlu İsfəndiyar əvvəlcə xəbəri təkzib elədi.
“Bu, yalandır, uydurmadır, mənim oğlumun elə maşını yoxdur” deyən tikinti maqnatı danılmaz faktla üzləşdi. Sən demə, Allahverdi Axundov artıq sosial şəbəkələrdə bahalı avtomobilinin fotosunu “My new car” (Mənim yeni avtomobilim) qeydi ilə paylaşıbmış.
İsfəndiyar Axundovun bu fakta reaksiyası belə oldu: “Hə, nə olsun? Mənim vertolyotum da var. Bunun kimə nə aidiyyəti var? Həmin maşın oğlumundur. Mənim oğlum neyləyib? Şəhərdə vertolyot sürməyib ki… Maşın sürüb də. Başqa nə iş görüb?”
Lakin Allahverdi Axundov təkcə 650 minlik “Lamborghini”yə sahib deyil. Onun sosial şəbəkələrdə paylaşdığı fotolardan görünür ki, kifayət qədər dəbdəbəli həyat yaşayır.
17 İyun 23:03
17 İyun 23:01
17 İyun 22:58
17 İyun 22:56
17 İyun 22:53
17 İyun 22:51
17 İyun 21:10
17 İyun 19:54
17 İyun 19:51
17 İyun 19:04
17 İyun 18:59
17 İyun 18:55
17 İyun 18:46
17 İyun 18:36
17 İyun 18:30
17 İyun 18:28
17 İyun 18:16
17 İyun 18:07
17 İyun 18:02
17 İyun 17:59
17 İyun 17:52
17 İyun 17:43
17 İyun 17:36
17 İyun 17:28
17 İyun 17:23
17 İyun 17:20
17 İyun 17:08
17 İyun 17:05
17 İyun 16:57
17 İyun 16:49
17 İyun 16:39
17 İyun 16:32
17 İyun 16:16
17 İyun 16:05
17 İyun 16:03
17 İyun 15:57
17 İyun 15:55
17 İyun 15:49
17 İyun 15:36
17 İyun 15:30
17 İyun 15:27
17 İyun 15:23
17 İyun 15:19
17 İyun 15:15
17 İyun 15:11
17 İyun 15:10
17 İyun 15:01
17 İyun 14:55
17 İyun 14:51
17 İyun 14:34
17 İyun 14:34
17 İyun 14:32
17 İyun 14:25
17 İyun 14:17
17 İyun 14:15
17 İyun 14:12
17 İyun 14:09
17 İyun 13:48
17 İyun 13:38
17 İyun 13:31
17 İyun 13:19
17 İyun 13:15
17 İyun 13:07
17 İyun 12:59
17 İyun 12:56
17 İyun 12:47
17 İyun 12:30
17 İyun 12:24
17 İyun 12:06
17 İyun 11:58
17 İyun 11:55
17 İyun 11:52
17 İyun 11:41
17 İyun 11:32
17 İyun 11:28
17 İyun 11:20
17 İyun 11:12
17 İyun 11:04
17 İyun 11:00
17 İyun 10:44
17 İyun 10:43
17 İyun 10:42
17 İyun 10:39
17 İyun 10:36
17 İyun 10:25
17 İyun 10:22
17 İyun 10:07
17 İyun 10:05
17 İyun 10:02
17 İyun 09:57
17 İyun 09:56
17 İyun 09:52
17 İyun 09:42
17 İyun 09:20
17 İyun 09:18
17 İyun 09:15
17 İyun 09:10
17 İyun 09:10
17 İyun 09:09
17 İyun 08:55
17 İyun 08:42
17 İyun 08:35
17 İyun 08:34
17 İyun 08:27
17 İyun 08:21
17 İyun 08:10
17 İyun 08:07
17 İyun 08:06
17 İyun 08:03
17 İyun 07:20
17 İyun 07:00
17 İyun 05:37
17 İyun 05:31
17 İyun 02:04
17 İyun 00:13
16 İyun 23:55
16 İyun 23:53
16 İyun 23:32
16 İyun 23:06
16 İyun 20:57
16 İyun 20:37
16 İyun 19:55
16 İyun 19:47
16 İyun 19:03
16 İyun 18:53
16 İyun 18:48
16 İyun 18:41
16 İyun 18:37
16 İyun 18:28
16 İyun 18:17
16 İyun 18:14
16 İyun 18:11
16 İyun 17:56
16 İyun 17:50
16 İyun 17:48
16 İyun 17:45
16 İyun 17:38
16 İyun 17:25
16 İyun 17:24
16 İyun 17:20
16 İyun 17:18
16 İyun 17:14
16 İyun 17:01
16 İyun 16:54
16 İyun 16:49
16 İyun 16:44
16 İyun 16:39
16 İyun 16:37
16 İyun 16:31
16 İyun 16:15
Ən son xəbərləri səhifəmizdən də izləyin