Qida asılılığı, fərdin nəzarətdən çıxaraq emosional təsirlərlə həddindən artıq yemək istəyi yaşaması kimi xarakterizə olunur.
Diyetoloq Şevval Işıklı bu halın həm fiziki, həm də psixoloji baxımdan ciddi nəticələrə yol aça biləcəyini bildirib və peşəkar müdaxilənin vacibliyinə diqqət çəkib.
Aclıq deyil, duyğusal ehtiyac
Diyetoloq Işıklı qeyd edir ki, bu problem yalnız aclıqla bağlı deyil. Əksinə, stress, narahatlıq, depressiya kimi psixoloji hallar da qida davranışlarını idarə edə bilər. Asılılıq formalaşdıqda insan istəmədən yeməyə yönəlir və bu, sağlamlıqla yanaşı, sosial həyatına da təsir edir.
Fiziki və psixoloji zərər
Qida asılılığı piylənmə, yüksək qan təzyiqi, şəkər və ürək xəstəlikləri kimi ciddi problemlərə yol aça bilər. Həzm və maddələr mübadiləsinə də mənfi təsir edir. Eyni zamanda, depressiya, narahatlıq və özünə hörmətin azalması kimi psixoloji vəziyyətlərlə müşayiət oluna bilər.
Genetik və kimyəvi təsirlər
Işıklıya görə, qida asılılığının yaranmasında genetik meyllər, emosional travmalar və dopamin balanssızlığı kimi faktorlar rol oynayır. Beynin mükafat mexanizmi pozulduqda, insan yeməkdən müvəqqəti xoşbəxtlik əldə etməyə çalışır.