“Şərur” MTK-nın mətbuat xidmətinin rəhbəri Tünzalə İsmayılova sosial şəbəkələrdə və bəzi xəbər resurslarında yayılan məlumatlara münasibət bildirərək, yayılan iddiaların həqiqəti əks etdirmədiyini bəyan edib.
Pravda.az Musavat.com-a istinadən bildirir ki, Tünzalə İsmayılovanın sözlərinə görə, “Şərurlu İsfəndiyar” kimi tanınan iş adamı İsfəndiyar Axundovun oğlu Şahin Axundovun guya həbs olunması ilə bağlı yayılan məlumatlar əsassızdır: “Ş.Axundov həbs olunmayıb, hazırda səfərdədir. Bu barədə heç bir rəsmi qurumdan təsdiqlənmiş məlumat yoxdur, amma bəzi jurnalistlər bizim mövqeyimizi öyrənmədən və hər hansı rəsmi mənbəyə əsaslanmadan saxta və yanlış xəbərlər yayırlar”.
O, həmçinin bəzi sosial media istifadəçilərinin Şahin Axundovun adını hallandırıb, əvəzində Allahverdi Axundovun fotosunu paylaşdıqlarını qeyd edərək, bu cür halların yayılan məlumatların qeyri-ciddi və etibarsız olduğunu göstərdiyini bildirib.