Bəzi insanlar lotereyada qalib gəlməyi tamamilə təsadüf hesab etsə də, astroloqlar bunun ulduzlarla əlaqəli ola biləcəyini düşünürlər. Aprel və may aylarında bəzi bürclərin bəxti, xüsusilə də şans oyunlarında digərlərinə nisbətən daha çox gətirə bilər.
- Bəs hansı bürclər bu aylarda daha şanslıdır?
-Bürclər və onların həyatımıza təsiri əsrlərdir insan marağının mərkəzindədir. Ulduzların mövqeyi, planetlərin hərəkəti, enerjilər və şans faktorları gündən-günə daha çox insanın diqqətini çəkir.
Bu mövzuda daha ətraflı məlumat almaq üçün Demokrat.az olaraq astroloq Mələk İmanova ilə söhbətləşdik. O, aprel-may aylarında bəxti gətirəcək bürclər, şans oyunlarında uğurlu ulduzlar, şəxsi potensial və doğum xəritəsi ilə bağlı vacib məqamlardan danışdı.
- Mələk xanım, aprel-may aylarında lotereyada hansı bürclər daha uğurlu olacaq?
- Bu sualda əsasən Yupiter və Veneranın yerləşməsi əsas götürülür. Yupiterin təsiri Oxatan bürcünü önə çıxarır. Bu dövrdə onlara şans oyunlarında yaxşı fürsətlər çıxacaq. Oxatandan sonra Əkizlər, Tərəzi və Balıq bürcləri də uğurlu enerjilərlə əhatə olunacaq. Xüsusilə mayın ilk yarısında bu bürclər şans oyunlarında bəxtlərini sınasa, uğurlu nəticələr əldə edə bilərlər. Mars və Günəşin mövqeyinə əsasən Şir bürcü də şanslı görünür.
- Bürclər öz şanslarını necə artıra bilərlər?
- Hər bürcün içində daşıdığı potensial fərqlidir. Uğur qazanmaq üçün hər kəs doğum xəritəsində Yupiter, Venera və Günəşin vəziyyətinə baxmalı və uyğun addımlar atmalıdır.
Qoç – Liderlik qabiliyyəti yüksək olsa da, işləri tez-tez yarımçıq buraxa bilir. Uğur üçün sabitliyi qorumaq və başladığı işi tamamlamaq vacibdir.
Buğa – Konfort zonasından çıxmaqda çətinlik çəkir. Tənbəlliyi aşmağı bacarsalar, qarşıda gözəl günlər onları gözləyir.
Əkizlər – Zehni dağınıqlığı düzəltməli və qərarsızlıqdan uzaq durmalıdır. Yupiterin enerjisini doğru dəyərləndirsələr, yeni qapılar açılacaq.
Xərçəng – Keçmişə bağlılıqdan qurtulmalı və gələcəyə fokuslanmalıdır. İyul ayı onlara yeni imkanlar gətirəcək.
