Məzmuna keç
Pravda.az — xəbər portalı
Hadisə

Fabrikdə 19 nəfər zəhərləndi

545
Paylaş:
Fabrikdə 19 nəfər zəhərləndi

Sumqayıtda fabrikdə kütləvi zəhərlənmə olub.

Hadisə tekstil fabrikində baş verib.

Əraziyə təcili tibbi yardım briqadası cəlb olunub. TƏBİB-dən APA-nın sorğusuna cavab olaraq bildirilib ki, aprelin 21-də saat 16:05 radələrindən başlayaraq Sumqayıt Tibb Mərkəzinin nəzdində olan 1 nömrəli Şəhər Xəstəxanasının İnfeksion xəstəliklər şöbəsinə 19 nəfər (16 qadın cinsli, 3 kişi cinsli olmaqla) hospitalizasiya olunub.

Dəqiqləşdirilməmiş bakterial qida zəhərlənməsi diaqnozu ilə onların hər birinə zəruri tibbi yardımlar göstərilib. Hazırda 14 nəfərin müalicəsi davam etdirilir.

Vəziyyətləri qənaətbəxş olan 5 nəfər isə ambulator müalicə üçün evə buraxılıb.

Paylaş:

Ən son xəbərlər