Cəlilabad rayonunda azyaşlı uşaq bədbəxt hadisə nəticəsində həyatını itirib.
Hadisə axşam saatlarında rayonun Alar kəndində baş verib. Kənd sakini, 2017-ci il təvəllüdlü N.M həyətdə olarkən üzərinə daş hasar aşıb və uşaq dağıntıların altında qalıb.
Ağır xəsarətlər alan azyaşlı dərhal xəstəxanaya çatdırılsa da, həkimlərin səylərinə baxmayaraq onun həyatını xilas etmək mümkün olmayıb.