Altsheymer xəstəliyi bütün dünyada milyonlarla insanı təsir altına alan demensiyanın ən çox yayılmış formalarından biridir. Lakin bu xəstəliyin qarşısını almağın sadə yolları var ki, bunlardan biri də beyində yarımkürələr arasında əlaqələrin inkişafıdır.
Bu barədə rusiyalı nevroloq Yekaterina Maxnoviç KP.ru-ya müsahibəsində danışıb.
"Beynin yarımkürələrinin sinxronizasiyası bizə daha yaxşı yadda saxlamağa, nitqi daha yaxşı qavramağa, diqqəti daha tez cəmləməyə və bir fəaliyyətdən digərinə keçməyə kömək edir. Yarımkürələr arasında əlaqələri "qeyri-dominant" əl vasitəsilə yerinə yetirilən sadə gündəlik hərəkətlərin köməyi ilə də inkişaf etdirmək mümkündür. Məsələn, sağ əllə iş görürsünüzsə, dişlərinizi sol əlinizlə fırçalayın və ya solaxaysınızsa, əksinə", - deyə Yekaterina Maxnoviç bildirib.