İkinci Qarabağ müharibəsinin iştirakçısı Toğrul Nizaməddin oğlu Həsənov ölümcül xəstəlikdən vəfat edib. Pravda.az "Unikal"a istinadən xəbər verir ki, 1989-cu il təvəllüdlü T.Həsənov Ucar rayonunun Təzə Şilyan kəndində dəfn olunub.
Ailəsinin verdiyi məlumata görə, o, müharibənin gedişatında yaralanıb, sağaldıqdan sonra yenidən aktiv döyüşlərə qatılıb. Vətən müharibəsi iştirakçısına "Müharibə veteranı" adı verilsə də, ona yaralandığına görə qazilik təyin edilməyib.