Aprelin 8-də İpoteka və Kredit Zəmanət Fondu (Fond) satmaq öhdəliyi ilə kirayə mexanizmi çərçivəsində Bakı şəhəri, Binəqədi rayonu, Cəfər Xəndan küçəsində yerləşən yaşayış kompleksində 213 yeni, tam təmirli mənzili satılıb.
Mənzillərin bəziləri bir neçə gün sonra yenidən satışa çıxarılıb.
Belə ki, Fond tərəfindən 11 448 manat ilkin ödənişlə satışa çıxarılan bir otaqlı 61 kv mənzil yenidən daha baha qiymətə satışa çıxarılıb. Satan şəxs tərəfindən mənzil üçün ilkin ödəniş 42 min tələb olunur.

