BURADA REKLAMINIZ OLA
BİLƏR

Sumqayıtda ata və anasını öldürən şəxsə ömürlük həbs cəzası verildi

Sumqayıtda ata və anasını öldürməkdə təqsirləndirilən Fikrət Məmmədovun cinayət işi üzrə məhkəmə prosesi yekunlaşıb.

 

Sumqayıt Ağır Cinayətlər Məhkəməsində hakim Nürəddin Hüseynlinin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

 

Hökmə əsasən, təqsirləndirilən Fikrət Məmmədov ömürlük azadlıqdan məhrumetmə cəzasına məhkum olunub.

 

Xatırladaq ki, hadisə ötən ilin aprel ayında baş verib. 24 yaşlı Fikrət Məmmədov aralarında yaranmış mübahisə zamanı 62 yaşlı atası Hakim Məmmədov və anası Zərifə Məmmədovanı bıçaqlayaraq öldürüb.

 

Qeyd edək ki, təqsirləndirilən Fikrət Məmmədova Cinayət Məcəlləsinin 120.2.4, 120.2.7, 120.2.9- cu maddələri ilə ittiham irəli sürülüb.

 

APA

Tarix: 23 Aprel 2025, 14:47   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin