Paytaxtın Səbail rayonu, Şıxov qəsəbəsi, Salyan şösesində xüsusi karantin rejim qaydlarına əməl etməyən sosial məsafənin, mövcud preventiv tədbirlərin şərtlərinin pozulması ilə müşayiət olunan istirahət mərkəzinin fəalliyyət göstərməsi aşkarlanıb.
Bakı şəhər Baş Polis İdarəsinin Mətbuat Xidmətindən Pravda.az-a verilən məlumata görə, Səbail RPİ əməkdaşlarının keçirdiyi müvafiq tədbirlərlə iyulun 5-də istirahət mərkəzinin inzibatçıları və müştəriləri 41-ci Polis Bölməsinə dəvət olunaraq barələrində inzibati tənbeh tədbiri tətbiq olunub.