Bəzi insanlar sağ ikən özlərinə qəbir yeri, torpaq sahəsi alırlar. Sözsüz ki, indi ölü öləndə onun tək ölməyini yox,yasını yox, harda basdırılmasını daha çox problem edib düşünürük. Necə deyərlər adam ölməyinə peşman olur.
Pravda.az xəbər verir ki, yer tapmaq Bakıda daha müşkül məsələyə çevrilib. Qəbr yerlərinin qiyməti yerləşdiyi məkana görə dəyişir. 500 manatdan 5000 manata qədər məzar yerinin xərci var.
Mütəxəssizlər deyir ki, qanunda qəbr yerini satışının və ya rezerv edilməsinin heç bir əsası yoxdur. Lakin bir halda istina var. Belə ki, ər və ya arvad vəfat etdikdə həmin şəxslərin dəfn etdiyi məzara qonşu olan məzarı rezerv etmək hüququ vəfat edən şəxslərin həyat yoldaşına verilir.
Məsələ ilə bağlı hüquqşünas Ramil Süleymanov bildirib ki, qəbir yerlərinin qabaqcadan satışı və ya bron edilməsi qanunvericilikdə nəzərdə tutulmayıb. Vətəndaşlar tərəfindən artıq tutulmuş ərazi varsa,
Daşınmaz əmlakın dövlət reyestrinin tələblərinə dair müvafiq sənədlər təqdim olunmaqla həmin əraziyə çıxarış əldə etmək mümkündür. Amma bu o demək deyil ki, vətəndaşlar öncədən qəbir yeri ala bilər.