Qubada fəaliyyət göstərən "Alma bağı" istirahət mərkəzində 44 günlük Vətən müharibəsi qazisinə qarşı hücumla nəticələnən kütləvi dava baş verib. Hadisə 2025-ci ilin 19 yanvar günü törədilib. Bu barədə “demokrat.az”a hücuma məruz qaldığını iddia edən qazi Kənan İsmayıllı özü məlumat verib.
Onun sözlərinə görə, "Alma bağı" istirahət mərkəzində olarkən, Azərbaycan Tarif Şurası katibinin müavini Ceyhun Nəcəfov və dostları tərəfindən ağır söyüşlərlə təhqir olunaraq, fiziki təzyiqə məruz qalıb.
Kənan İsmayıllı deyir ki, hadisə 20 Yanvar Faciəsinin ildönümündə, taksi sürücüsü işlədiyi zaman Qubaya sərnişin apararkən, orada qonaq olduğu "Alma bağı" istirahət mərkəzində baş verib:
"Orada istirahət edərkən, tanımadığım şəxslər yüksək tonla səs çıxararaq, qaldığım otağın qapısına hücum çəkdilər. Mən qapını açıb baxarkən, gördüm ki, sərxoş vəziyyətdə olan və sonradan adını öyrəndiyim Ceyhun Nəcəfov və yanında olan bir neçə şəxs məni təhqir edirlər.

