Paytaxt sakini olan bir qadından sosial şəbəkələrdə barəsində rüsvayedici məlumatlar yayacağı hədəsi ilə 800 manat alan şəxs saxlanılıb.
Hədə-qorxu ilə pul tələb edən şəxs saxlanıldı
Daxil olmuş müraciət əsasında polis əməkdaşlarının keçirdikləri tədbirlərlə hədə-qorxu yolu ilə pul tələb edən 26 yaşlı T.Məmmədli tutulub.
Fakta bağlı cinayət işi başlanılıb, istintaq hərəkətləri davam etdirilir.