“Tərtər işi” ilə bağlı ittiham olunan polkovnik Vüsal Ələsgərov, sabiq qərargah rəisi, polkovnik-leytenant Rəşid Niftəliyev, müddətdən artıq hərbi xidmət keçən hərbi qulluqçu Ramil Qarayev və Rüstəm Ələsgərovun barəsində olan hökmdən verilən kassasiya şikayəti və kassasiya protesti üzrə məhkəmə prosesi keçirilib.
Bu gün Ali Məhkəmədə hakim Şahin Yusifovun sədrliyi ilə keçirilən prosesdə qərar qəbul olunub.
Qərara əsasən, kassasiya şikayəti və kassasiya protesti təmin edilməyib, hökm qüvvədə saxlanılıb.
Xatırladaq ki, Bakı Hərbi Məhkəməsinin hökmünə əsasən, Vüsal Ələsgərov 5 il 6 ay, Rüstəm Ələsgərov 9 il 6 ay, Rəşid Niftəliyev 5 il 6 ay və Ramil Qarayev 5 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.