Hesablama Palatası Dövlət Sosial Müdafiə Fondunun auditi zamanı 117 milyon manatdan çox məcburi dövlət sosial sığorta haqqının vətəndaşların fərdi hesablarında əks olunmadığını müəyyən edib.
2006-2016-cı illər üzrə yaranmış qalıqlar əsasən sığorta edənlərin təqdim etdiyi B3 formalarında sosial sığorta nömrəsinin qeyd olunmaması və ya ümumiyyətlə, hesabatın təqdim edilməməsi ilə bağlı olub. 2017-ci ildən sonra isə əsas problem hesabatların təqdim olunmamasıdır.
"Yeni sistemə keçid zamanı şirkətlər Dövlət Sosial Müdafiə Fonduna ödənilmiş məbləğləri işçilərin hesabında düzgün əks etdirməyiblər. Bu, verilməyəcək 117 milyonluq pensiya deməkdir", - deyə iqtisadçı Xalid Kərimli məsələyə münasibət bildirərkən deyib.