Dünən gecə saatlarında Şamaxı rayonunun Hacıqədirli kəndi ərazisində “Mercedes” markalı mikroavtobus idarəetmədən çıxaraq qəzaya uğrayıb.
Mikroavtobusda olan sərnişinlərdən 7 nəfər xəstəxanaya müraciət edib. Onlardan ikisinin sınıq, digərlərinin isə yüngül bədən xəsarətləri – əsasən sıyrıqlar aldığı bildirilib.