Sumqayıtda dələduzluq edən şəxsə cinayət işi açılıb. Pravda.az lent.az-a istinadən xəbər verir ki, Mənzil İnşaatı Dövlət Agentliyinin güzəştli şərtlərlə sosial evlər layihəsindən ipoteka ilə ev almaq istəyən şəhər sakini E. Süleymanov dələduzluqla üzləşib.
Belə ki, Sumqayıt şəhər sakini O. Abasov E. Süleymanova MİDA-nın həyata keçirdiyi layihə çərçivəsində inşa olunan binalardan birində 4 otaqlı evi ipoteka ilə almağa kömək edəcəyini söz verib. Bu məqsədlə ondan ümumilikdə 7460 manat pul alıb. Həmin pullar O. Abasova müxtəlif məbləğlərlə ayrı-ayrı yerlərdə verilib. Hadisələr isə 2023-cü ilin aprelindən noyabradək davam edib.