Bakıda 25 nəfərə qarşı ayrı-ayrı vaxtlarda dələduzluq etməkdə təqsirləndirilən 64 yaşlı Mirdaməd Əsgərovun cinayət işi üzrə məhkəmə araşdırması başa çatıb.
Uzun illər hüquq-mühafizə orqanlarında çalışmış M. Əsgərov tanışları vasitəsilə tanış olduğu şəxslərdən işə düzəltmək adı ilə pul alıb.
İttihama görə, Mirdaməd Əsgərov Daxili İşlər Nazirliyində, Müdafiə Nazirliyində, Elm və Təhsil Nazirliyində, Ədliyyə Nazirliyində, Fövqəladə Hallar Nazirliyində yüksək vəzifə tutan tanışları olduğunu, həmin şəxslər vasitəsi ilə ayrı-ayrı şəxsləri işə düzəldəcəyi vədilə 2000-15 000 manat civarında pul alıb. Ümumilikdə 100 min manatdan çox pul ələ keçirib.
M.Əsgərov həmçinin özünü Vəkillər Kollegiyasının üzvü kimi təqdim edib, məhkəmələrdə vətəndaşların “işini yüngülləşdirmək” adı ilə pul alıb. Həmçinin adı çəkilən nazirliklərə, Hava Limanına işə düzəlmək adı ilə də xeyli miqdarda pul alıb.