Dubay şokoladı ətrafında ajiotaj dünyada püstə qıtlığına yol açıb. Bu səbəbdən püstə ləpələrinin qiyməti kiloqrama görə 7.65 dollardan 10.30 dollara qədər artıb.
Sahibkarların bildirdiyinə görə, Azərbaycanda istehsal olunan məhsulların qiymətində hələlik artım müşahidə olunmur. Əksinə, yay aylarına doğru qiymətlərin düşəcəyi proqnozlaşdırılır.
"Amerikadan gələn malların qiymətində baş verən artım bizdən asılı deyil. Amma yerli məhsulların qiymətində heç bir dəyişiklik yoxdur", - deyə sahibkarlar vurğulayıblar.
İqtisadçı Xalid Kərimli isə bildirib ki, püstəyə olan tələbat hazırda da artmaqda davam edir və bu, qiymətlərin yenidən qalxmasına səbəb ola bilər.