Quş əti, o cümlədən toyuq əti dünyada ən çox istehlak edilən ətlərdən biridir və çox vaxt digər heyvan ətlərindən daha az yağ ehtiva edir. Ancaq araşdırmalar göstərir ki, bu növ ətdən çox yemək xərçəng riskini , o cümlədən özofagus xərçəngi (qida borusu xərçəngi) riskini iki dəfədən çox artıra bilər.
Pravda.az Yeniavaz.com-a istinadən xəbər verir ki, İtaliyanın Milli Qastroenterologiya İnstitutunun mütəxəssisləri qida və içki vərdişləri ilə bağlı anket dolduran 5000-ə yaxın insanın məlumatlarını araşdırıblar.