Son günlər sosial şəbəkə istifadəçiləri arasında dələduzluq halları artmaqdadır. Bəzi şəxslər tanınmış simaların adından insanlarla əlaqə quraraq onlardan maddi vəsait tələb edir, bu zaman isə etibar qazandıqdan sonra onları aldatmağa nail olurlar. Daha təhlükəlisi isə bu dələduzların həmin şəxslərin şəxsi həyatına dair dəqiq məlumatlara sahib olmasıdır. Bu da aldadılan insanlarda “onlar bəlkə də doğrudan tanışdır” təəssüratı yaradır.
Maraqlıdır, bu şəxslər bu qədər dəqiq və şəxsi məlumatları haradan əldə edirlər?
İT mütəxəssisi Fərid Kazımov Yenisabah.az-a bu barədə açıqlama verib. Bildirib ki, şəxsi məlumatların dələduzların əlinə necə keçməsi dərindən araşdırılmalıdır:
“Müəyyən hallarda şəxsi məlumatların üçüncü tərəflərə sızdırılması halları müşahidə olunur. Bu vəziyyətdən sui-istifadə edən dələduzlar müxtəlif qanunsuz fəaliyyətlər həyata keçirə bilirlər. Baş verən bütün bu halların səbəbləri müvafiq orqanlar tərəfindən hərtərəfli araşdırılmalı, şəxsi məlumatların necə sızdırıldığı tam aydınlaşdırılmalıdır.