Masallı rayonunda bir qrup vətəndaş işdən çıxarılmalarına etiraz edir.
Pravda.az İTV-yə istinadən xəbər verir ki, şikayətçilərin sözlərinə görə, onların işlədikləri Lənkəran Rayon Qaz İstismarı İdarəsinin Masallı rayon xidmət sahəsi tərəfindən heç bir xəbərdarlıq edilmədən əmək müqavilələrinə xitam verilib və onlara heç bir kompensasiya ödənilməyib.
Şikayətçilər bildiriblər ki, bu sahədə 9 ildir çalışıblar və fəaliyyətlərində hər hansı nöqsan olmayıb.