Kommunal xidmətlərlə bağlı Vahid İnformasiya Sisteminin yaradılır.
Yeni sistem abonentlərə kommunal xidmətlərlə bağlı məlumatları vahid platformadan əldə etməyə və ödənişləri daha rahat həyata keçirməyə imkan verəcək. Bu sistem vasitəsilə istifadəçilər elektrik, qaz, su, istilik və digər kommunal xidmətlər üzrə borclarını, sərfiyyat göstəricilərini və tarifləri izləyə biləcəklər.
İnformasiya və Kommunikasiya Texnologiyaları Sənayesi Assosiasiyası İdarə Heyətinin sədri Elvin Abbasovun sözlərinə görə, bu sistemlə məlumat mübadiləsi təmin ediləcək, abonentlərə dəqiq və operativ xidmət göstəriləcək.
Xidmətlərin 50 faizi və bildirişlər "myGov" üzərindən təqdim ediləcək.