Şəmkirdə azyaşlı dərmandan zəhərlənərək ölüb. Pravda.az "Qafqazinfo”ya istinadən xəbər verir ki, hadisə rayonun Mahmudlu kəndində qeydə alınıb.
2023-cü il təvəllüdlü Turqut Tapdıqov zəhərlənmə diaqnozu ilə xəstəxanaya yerləşdirilib. Tibbi yardımlara baxmayaraq, xəstəxanada vəfat edib.