BURADA REKLAMINIZ OLA
BİLƏR

DTX-nın həbs etdiyi Səlim Əlizadənin qardaşı bu vəzifəli şəxsdir

DTX-nın həbs etdiyi XİN vəzifəlisi Səlim Əlizadənin qardaşı Bakı Dövlət Universitetində dekan vəzifəsində çalışır.

 

Pravda.az xəbər verir ki, Hikmət Əlizadə universitetin Sosial elmlər və psixologiya fakültəsinin dekanıdır. O, həmçinin Respublika Təhsil Şurasının sədridir. Əlizadələrin babası Əbdül Əlizadə məşhur psixoloq-alimdir. 2015-ci ildə dünyasını dəyişən Əbdül Əlizadə həmçinin Azərbaycan Prezidentinin fərdi təqaüdçüsü, "Şöhrət" ordenli, psixologiya elmləri doktorudur.

 

Xatırladaq ki, Səlim Əlizadənin qızı Safura Əlizadə tanınmış estrada müğənnisidir, Azərbaycanı "Eurovision-2010"-da təmsil edərək 5-ci yeri tutub. O, mərhum energetika naziri Natiq Əliyevin gəlinidir.AFN

Tarix: 6 İyul 2020, 19:00   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin