Xuliqanlıq və dələduzluqda ittiham olunan hüquq müdafiəçisi Rüfət Səfərov barəsində seçilmiş həbs qətimkan tədbirinin müddəti uzadılıb.
Vəkil Bəhruz Bayramovun verdiyi məlumata görə, bu gün Binəqədi rayon Məhkəməsində həbs müddətinin uzadılması barədə təqdimata baxılıb. Qərara əsasən, Rüfət Səfərov barəsində seçilmiş həbs qətimkan tədbirinin müddəti 1 ay uzadılıb.