"Avromed" şirkəti yaranmış durumdan istifadə edərək rəqib aptekləri sıradan çıxarmağa çalışır.
Belə bir iddia ilə Mingəçevirdə fəaliyyət göstərən bir neçə əczaçı çıxış edib.
Pravda.az-ın xəbərinə görə, aptek işçiləri deyirlər ki, şirkət koronavirusun müalicəsində istifadə olunan dərmanları onlara satmır: "Tarif Şurası tərəfindən qiyməti tənzimlənən virus əleyhinə arbidol pereparatının distribüteri olan "AvroMed" şirkəti bu pereparatı ancaq öz doktalarına (apteklərinə-red) verir. Bizim kimi lisenziyası olan apteklərin sifarişini, depoda yoxdur deyə geri çevirirlər. Ancaq hamımız bilirik ki, öz doktalarına əlaltdan bu pereperatı sifariş əsasında ötürür. Sadəcə olaraq bizim doktalardan fərqimiz odur ki, onlar bütün dərmanları nağd satırlar, biz isə depoya nağd ödəniş etsək də, imkansız xəstələrimizə maaş, pensiya vaxtı hissə-hissə ödəmələrinə razılaşaraq nisyə veririk. Yəni, bir sözlə, Tarif Şurasının qoyduğu qiymətə satsaq da, imkansız insanlarımızı geri çevirmirik.