Təmir işləri ilə əlaqədar 10 nömrəli avtobus marşrutunun hərəkət sxemi dəyişdirilir.
Bakıda 10 nömrəli avtobusun hərəkət sxemi dəyişdirilir
Bu barədə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) məlumat yayıb.
Paytaxtın Xətai rayonu, Süleyman Vəzirov küçəsində (Mərkəzi Bulvar küçəsindən Babək prospekti istiqamətində) aparılacaq təmir işləri ilə əlaqədar 10 nömrəli avtobus marşrutunun hərəkəti Mərkəzi Bulvar küçəsi ilə təşkil ediləcək.