Qaçqınların və Məcburi Köçkünlərin İşləri Üzrə Dövlət Komitəsi Azərbaycan Fotoqrafları Birliyi ilə birgə “ZƏFƏRİN 5-ci İLİ: BÖYÜK QAYIDIŞIN ADDIMLARI” adlı fotomüsabiqə elan edir.
Fotomüsabiqənin keçirilməsində məqsəd Azərbaycanın 2020-ci ildə 44 günlük Vətən müharibəsində qazandığı tarixi Qələbədən sonra işğaldan azad edilmiş ərazilərdə aparılan bərpa və yenidənqurma işlərinin miqyası 2023-cü ildə uğurla həyata keçirilən 1 günlük lokal antiterror əməliyyatı ilə əlaqədar olaraq daha da genişlənmişdir. Fotomüsabiqəsinin əsas məqsədi həmin ərazilərdə görülən işləri, sosial-iqtisadi inkişafı, Böyük Qayıdışın ilkin mərhələsinin gedişini, bölgənin mədəni, tarixi və təbii irsinin yenidən dirçəldilməsini aşağıdakı istiqamətlərdə vizual formada nümayiş etdirməkdir:
Müsabiqəyə təqdim olunan fotolar həm tarixi yaddaş, həm də gələcək nəsillər üçün vizual sənəd rolunu oynayacaq. Bu təşəbbüs, eyni zamanda, Qarabağ və Şərqi Zəngəzur bölgələri haqqında pozitiv mesajların yayılmasına və onun parlaq gələcəyinin nümayiş olunmasına xidmət edəcək.
Müsabiqənin şərtləri
Müsabiqənin keçirilmə tarixi: 29.04.2025 - 29.05.2025
Fotolar JPEG (JPG) formatında olmalı və uzun tərəfi 1500 piksel təşkil etməlidir
Hər iştirakçı maksimum 10 foto təqdim edə bilər və bir iştirakçının təqdim etdiyi fotolardan yalnız 2 foto qalib seçiləcəkdir.
Foto faylda müəllifin adı, soyadı və fotonun adı qeyd olunmalıdır.
Fotoların üzərinə müəllif imzası və ya loqo yerləşdirmək qadağandır.
Fotolar üzərində heç bir fotoredaktə proqramı ilə əlavə dəyişiklik edilməməlidir (yalnız rəng balansı, kontrast və s. kimi düzəlişlərə icazə verilir).
Müsabiqədə qalib gələn fotoların orijinal versiyası müəlliflərdən tələb olunacaq.
Müsabiqəyə fotoaparat, smartfon, dronla çəkilmiş fotolar təqdim edilə bilər.
Müsabiqədə iştirak etmək istəyən şəxslər yuxarıda qeyd olunan tələblərə uyğun olaraq müəllifin adı, soyadı, ata adı, yaşadığı şəhər və əlaqə nömrəsini qeyd etməklə “BÖYÜK QAYIDIŞIN ADDIMLARI” başlığı ilə [email protected] elektron ünvanına göndərməlidirlər.
Müsabiqəyə göndərilən nümunələr təşkilatçıların nümayəndələri və mütəxəssislərdən ibarət münsiflər heyəti tərəfindən qiymətləndiriləcək və qaliblər müəyyən ediləcək. Müsabiqənin nəticələri Dövlət Komitəsi və Azərbaycan Fotoqrafları Birliyinin rəsmi saytlarında dərc olunacaq.
Müsabiqə iştirakçıları aşağıdakı mövzular üzrə şəkillər təqdim edə bilərlər:
Tarix və mədəniyyət
Qarabağ və Şərqi Zəngəzurun zəngin tarixi və mədəni irsi, qədim abidələr, xalq sənətkarlığı və ənənəvi dəyərlər.
Kənd təsərrüfatı və məşğulluq
Qarabağ və Şərqi Zəngəzurda kənd təsərrüfatının inkişafı, əkinçilik, heyvandarlıq və kənd əhalisinin məşğulluğu.