Uşağın dəmrov xəstəliyini sağaltmaq üçün mollaya dua yazdırıblar, dua silinməsin deyə bir ay uşağı çimizdirməyiblər. Pravda.az Xəzər TV-yə istinadən məlumat verir ki, həkim-pediatr Afət İbrahimlinin sözlərinə görə, o, işi ilə əlaqədar bölgələrdən birinə gedib. Həmin uşaq da pasiyentlər arasında olub. Yoxlama zamanı uşağın ayağında yazılar görüb.
Onun sözlərinə görə, yaranın üzərinin yazılması xəstəliyi daha da şiddətləndirib.