Bir çoxumuz kasıb və ya orta təbəqə ailələrdə böyümüşük və həyatımızın qalan hissəsini də bu təbəqənin düşüncə və davranışlarının təsiri altında yaşayırıq. Əgər siz də maliyyə baxımından məhdudiyyətli, amma yaxşı niyyətli bir ailə tərəfindən bu şəkildə böyüdülmüsünüzsə, bu məqaləni oxuyaraq sizi içində saxlayan yanlış inanclardan qurtula bilərsiniz.
Budur, pul haqqında yanlış bilinən bəzi düşüncələr:
“Pul ağacda bitmir”, “azla kifayətlənmək lazımdır” kimi cümlələr həyatımıza o qədər yer edib ki, bəzən özümüz də bilmədən bu düşüncələrin əsirinə çevrilirik. Çünki uşaqlıqdan bizə pul haqqında belə "doğru" kimi görünən fikirlər aşılanıb. Əslində isə bu fikirlərin əksəriyyəti bizi maliyyə azadlığından uzaqlaşdıran mental tələlərdir.
Valyuta.az illərlə doğru hesab edilən, lakin maliyyə baxımından sizi yavaşladan 12 məşhur yanlış inancı təqdim edir: Əgər siz də daha sərbəst, güvənli və məqsədli bir maddi həyata doğru addım atmaq istəyirsinizsə, bu səhv düşüncələri tanımaq və onlardan qurtulmaqla başlaya bilərsiniz.
Rahat yaşayacaq qədər pulum olsun, yetərlidir
Orta təbəqənin düşüncə tərzində bu rahatlıq ideyası əsas yer tutur. Amma reallıq budur ki, bir çox insan təqaüd dövrü üçün kifayət qədər pul yığa bilmir. Bu da onların yaşlılıqda da işləməyə məcbur qalmasına səbəb olur. Ona görə də, qısa müddətli rahatlığın əsiri olmayın, maliyyə azadlığınızı qazanın.
Pul qazanmaq məcburiyyətindəyəm
Bizə uşaqlıqdan öyrədilən təhsil və tərbiyə pul qazanmaq üçün zamanımızı satmalı olduğumuzu düşündürür. Pul qazanmağı yox, dəyər yaratmağı düşünün. Cəmiyyət üçün dəyərli bir şey etsəniz, mükafatını da alacaqsınız.
Böyük olan daha yaxşı deyil
Bu yanlış düşüncədir. Böyük olan daha yaxşı və daha ehtişamlıdır. Kiçik düşünmək enerjinizi alar. Dünyanın ən uğurlu şirkətləri böyük şirkətlərdir. Böyük düşünmək daha əyləncəli və uğur ehtimalını artıran yoldur.
Daha çox pul, daha çox problem
Əgər çox pul daha çox problemdirsə, qoy problem olsun. Çünki pulu olmayan adam olmaq daha böyük problemdir. Daha çox pul, həyat üzərində daha çox nəzarət və seçim azadlığı deməkdir.
Qazanmaq üçün xərcləmək lazımdır
Bugünkü milyonerlərin üçdə biri birinci nəsil milyonerlərdir. Yəni bu insanlar sıfırdan zəngin olublar, çünki ideyalarının arxasınca getməyə cəsarətləri olub. Başlanğıc üçün qazanmaq üçün xərcləmək fikri yanlışdır.
Pul ağacda bitmir