Bakının Binəqədi rayonu ərazisində dələduzluq hadisəsi qeydə alınıb.
Daxili İşlər Nazirliyindən verilən məlumata görə, əmlakın sənədləşdirilməsi vədi ilə bir nəfəri aldadıb 30 min manat ələ keçirən 65 yaşlı Ə.Məmmədov polis əməkdaşları tərəfindən müəyyən olunaraq saxlanılıb.