Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Səbinə Məmmədzadənin sədrliyi ilə Ramin Məmmədovun cinayət işi üzrə məhkəmə prosesi davam edir.
Pravda.az Musavat.com-a istinadən xəbər verir ki, Ramin Məmmədov Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyi və Kənd İnkişafına Dəstək İctimai Birliyinə qarşı külli miqdarda mənimsəmədə, vəzifə saxtakarlığında ittiham olunur.
İttihama görə, Ramin Məmmədov regionlarda kənd təsərrüfatının inkişafına dəstək üçün Avropa İttifaqının qrant layihəsinə müraciət edib. Bu layihə çərçivəsində 423 min avro qrant alıb. Həmin məbləğlə Goranboy, Tovuz, Ağstafa, Şəmkir və digər rayonlarda kənd təsərrüfatının inkişafı üçün təlimlərin keçirilməsi və bu yöndə başqa addımların atılması nəzərdə tutulub.