Bakının Nərimanov rayonu, Təbriz küçəsində qayda pozan sürücü özünü videoya çəkərək "TikTok" sosial şəbəkə hesabında paylaşıb.
Pravda.az Avtosfer.az-a istinadən xəbər verir ki, 77-KY-123 dövlət nömrə nişanlı "Mercedes-Benz" markalı avtomobilin sürücüsü qoşa xəttin tələbini pozaraq əks istiqamətli yola çıxıb.
O, əks istiqamətdə hərəkət edərək qarşı tərəfdən gələn nəqliyyat vasitələrinə təhlükə yaradıb.