BURADA REKLAMINIZ OLA
BİLƏR

"Palmali" bəyənat yaydı

 “Palmali" şirkətlər qrupu bəyənat yayıb.

Pravda.az-ın xəbərinə görə, bəyənatda deyilir:


Bir neçə gündür ki, Avropanın müxtəlif ölkələrində mühacirətdə olar bir necə azərbaycanlının video müraciətləri yayılıb. Onlar öz çıxışlarında guya Mübariz Mənsimova azadlıq tələb edir, əslində isə, əxlaqsız və təhqiramiz ifadələr istifadə edirlər. “Palmali Şirkətlər Qrupu” olaraq belə çıxışları qəti şəkildə pisləyirik. “Palmali Şirkətlər Qrupunun” sahibi Mübariz Mənsimov özünün sosial media hesablarından da bəyan edib ki, bu cür insanların onu müdafiə etməsindən və dəstəkləməsindən imtina edir. Mübariz bəy, adının istənilən siyasi oyunlarda istifadə edilməməsində qəti şəkildə israrlıdır. Buna baxmayaraq, həmin insanlar əxlaqsız ifadələri ilə zəngin populist çıxışlarını və reallıqla heç bir əlaqəsi olmayan, xəstə təxəyyüllərinin uydurduqları yalan xəbərləri yaymaqda davam edirlər. “Palmali”nin qurucusu və sahibinin sosial media hesablarının ələ keçirilməsi ilə bağlı həqiqəti əks etdirməyən sözlər bizi, “Palmali Şirkətlər Qrupunu” ciddi narahat edir. Bir daha bəyan edirik, Mübariz Mənsimovun və onu sevənlərin bu tip insanların müdafiəsinə ehtiyacı yoxdur. Mübariz Mənsimovun adından istifadə edib əxlaqsız, “azərbaycançılıq” məfhumu və mənəviyyatına tam zidd olan ifadələr istifadə etmək yolu ilə özünüzə izləyici yığıb təbliğ etdiyiniz primitiv siyasi baxışlarınızı özünüzə saxlayın. “Palmali Şirkətlər Qrupu” qətiyyətlə bəyan edir ki, çirkin siyasi oyunların aləti olmayıb və olmayacaq. Belə mübarizə bizə lazım deyil. Mübariz Mənsimov hər zaman Azərbaycan dövləti və dövlətçəlıyının sarsılmaması ücün əlindən gələni edib. Mübariz Mənsimov iş adamıdır. Bəyanatında dediyi kimi: “Mənim duruşum da, baxışım da hər kəsə bəllidir. Mən, nə olursa olsun, Azərbaycan dövlətinə və dövlətçiliyinə zərrə qədər də xələl gətirməsini heç kimə müsaidə etmərəm. Azərbaycan mənim vətənimdir. Azərbaycanın inkişafı və rifahı, hər bir vətəndaş kimi, mənim də başımın ucalığıdır.

Tarix: 6 İyul 2020, 22:58   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin