BURADA REKLAMINIZ OLA
BİLƏR

“Ucuz maskalardan istifadəni məsləhət görmürəm” – Həkim

Son vaxtlar tibbi maskalarla bağlı şikayətlər artıb . Maskanın ya ipi qırılır, ya da bu üzündən o üzü görünür. Özü də maya dəyərindən qat-qat baha qiymətə satılır. Qəribədir, insanlara maska taxmaq tövsiyə edilir, amma bu qoruyucu vasitənin keyfiyyəti nəzərə alınmır. Məsələ barədə “Sherg.az”a fikrini bildirən Azərbaycan Tibb Universitetinin professoru Adil Qeybulla da narazılığını bildirib: “Düzdür, keyfiyyətsiz maskalar var. Ancaq onların xarici, ya yerli istehsal olduğu bilinmir. Hər halda keyfiyyətsiz maskaları boykot etmək lazımdır. Ucuz, keyfiyyətsiz, standartlara cavab verməyən maskalardan istifadəni məsləhət görmürəm. Yaxşı olar ki, insanlar yuyula bilən maskalara üstünlük versinlər.  Onları sabunla yuduqdan sonra da istifadə etmək mümkündür”.

Tarix: 6 İyul 2020, 23:50   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin