Şəki Apellyasiya Məhkəməsində "ASAN xidmət" mərkəzinə işə düzəltmək adı ilə qohumlarına qarşı dələduzluq etməkdə təqsirləndirilən Elnarə Behbudovanın barəsində olan hökmdən verdiyi apellyasiya şikayətinə baxılıb.
Hakim Zamin Tahirovun sədrliyi ilə keçirilən prosesdə şikayət araşdırılıb və qismən təmin edilib.
E.Behbudovanın barəsində olan Şəki Ağır Cinayətlər Məhkəməsinin hökmü dəyişdirilib, təqsirləndirilən şəxsə təyin edilən 4 il azadlıqdan məhrumetmə və 2 il azadlığın məhdudlaşdırılması cəzası birləşdirilərək o, qəti olaraq 4 il 6 ay azadlıqdan məhrum edilib.