Son illərdə Azərbaycanda qadınlar tərəfindən kişilərə qarşı fiziki və psixoloji zorakılıq halları artmaqdadır. Bu cür halların artdığına dair müxtəlif hadisələr qeydə alınır. Bir neçə gün əvvəl Nərimanov rayonunda 52 yaşlı kişi həyat yoldaşı tərəfindən döyülərək kəllə-beyin travması alıb. Bu, kişilərin qadınlar tərəfindən fiziki şiddətə məruz qalmasının nadir bir hal olmadığını göstərir.
Bəzi mütəxəssislər və paytaxt sakinləri bildirirlər ki, qadınların zorakılığa meyil etməsinə sosial gərginlik, ailədaxili münasibətlərin pozulması və qarşılıqlı hörmətin azalması kimi səbəblər səbəb ola bilər. Şərhlərdə qeyd olunur ki, qadınlar da psixoloji və emosional baxımdan həssas varlıqlardır və sosial təzyiqlər onların davranışlarına təsir göstərə bilər.
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin 2025-ci ilin ilk üç ayına dair məlumatına əsasən, məişət zorakılığına məruz qalanların 117 nəfəri qadın, 13 nəfəri kişi və 93 nəfəri uşaq olub. Maraqlıdır ki, fiziki zorakılığa məruz qalan kişilərlə bağlı isə heç bir rəsmi müraciət daxil olmayıb. Mütəxəssislər bunu kişilərin belə halları ictimailəşdirməkdən çəkinməsi ilə izah edirlər.